"QURAMA ART"

İçərişəhərdə yerləşən Bakı Fotoqrafiya Evində II Milli Qurama Festivalı çərçivəsində “Qurama Art” sərgisi açılıb. Sərgidə milli qurama, tikmə sənətinin müasir incəsənətə inteqrasiyası mövzusunu əks etdirən 17 rəssamın əsərləri nümayiş olunmuşdur.

Milli tikmə növü olan qurama insan ruhunu xarakterizə edən və rəngarəng formalara əsaslanan, təbiətdən ilhamlanan mozaika növlü yaradıcılıq işi olaraq bütün dünyada maraqla qarşılanır.