"Babil 2"
Zaman və məkan cəhətdən yaxınlaşan dünyada qarşılıqlı asılılıqlar, mədəni gediş-gəlişlər sadələşir. Bu isə mənəvi aşınmalara, xalqların özünəməxsusluğunun itməsinə, mədəni eyniliklərə səbəb ola bilir. Qloballaşmanın gətirdiyi yaxınlığı həm də insanlar arasında mənəvi böhran, ünsiyyət əlaqələrinin kəsilməsi və yadlaşma hissi müşayiət edir. "Babil 2.0" sərgisi həmin mövzuları araşdırır.
Kurator: Çinar Balayeva
Layihə meneceri: Zemfira Şixlinskaya
Rəssamlar: Hüseyn Cəlilov, Ağaməli Əliyev, Nərgiz Əsgərova, Aysel Həsənova, Rövşən Hüseynov, Ülviyyə İman